Putin danışıqlar masasına oturmağa məcbur qalacaq -  Vadim Denisenko

10:48 09.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Rusiya neft və qazından imtina etdikdən sonra Rusiya prezidenti Vladimir Putin danışıqlar masasına oturmağa məcbur qalacaq.

Hafta.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko Facebook səhifəsində yazıb. O qeyd edir ki, bu, yaxın günlərdə baş verə bilər.

"Biz dünya üçün çox vacib hala gəldik” deyə bildirən Vadim Denisenkonun sözlərinə görə, indi bütün dünya “qazın qiymətini necə endirmək olar" məsələsini həll etməyə çalışır.

“Bizim vəzifəmiz qarşıdakı 7-10 gün ərzində sağ qalmaqdır. O zaman böyük ehtimalla Putin danışıqlar masası arxasına əyləşməyə məcbur olacaq”, - Denisenko yazıb.